Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Erasmus+ proqramı çərçivəsində beynəlxalq akademik əməkdaşlığı genişləndirmək məqsədilə İtaliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin nümayəndələrini qəbul edib. Görüşdə hər iki universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi və akademik əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə ATMU tərəfindən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və D’Annuntsio Kyeti-Peskara Universitetinin Erasmus+ proqramı üzrə rektor nümayəndəsi professor Marcello Costantini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Glauco Conte, Dilçilik Mərkəzinin rəhbəri professor Tania Zulli iştirak ediblər.
Görüş zamanı tərəflər Erasmus+ proqramı çərçivəsində tələbə və müəllim mobilliyi, ortaq akademik layihələrin həyata keçirilməsi və elmi tədqiqat sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Universitet nümayəndələri gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıblar.
Azərbaycanca