ATMU-nun gənc kitabsebərləri Rəşad Məcidlə görüşüb
15.02.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 372
ATMU-nun gənc kitabsebərləri Rəşad Məcidlə görüşüb

Beynəlxalq Kitab Bağışlama günü ATMU tələbələri Azərbaycan Yazıçılar Birliyinə səfər edib. Gənc kitabsebərlər yazıçı, jurnalist, Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ilə görüşüblər. Onlar Rəşad Məcidin maraqli xatirələrini, kitab haqqında, onun insanın dünyagörüşünün formalaşmasındakı əhəmiyyəti barədə tövsiyələrini dinləyiblər. Görüşün sonunda kitab hədiyyə qazanıblar