Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Kitabxana-İnformasiya Mərkəzi (KİM) Mingəçevir Turizm Kollecinin müvafiq qurumu ilə səmərəli əlaqə saxlayır. Bugünlərdə adıçəkilən orta ixtisas müəssisəsinin kitabxana fondu daha da zənginləşib. ATMU-nun rektoru İlham Mədətovun göstərişi əsasında Mingəçevir Turizm Kollecinin kitabxana fonduna 101 adda 210 kitab, 5 adda 11 kitabça, 9 adda 18 konfrans materialı və 1 jurnal hədiyyə edilib.
Qeyd edək ki, bu istiqamətdə əlaqələrin davamlı olması nəzərdə tutulub.
Azərbaycanca