Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AİESEC Azərbaycanın təşkilatçılığı ilə “AİESEC günü” başlığı altında infostend yaradılıb.
Qeyd edək ki, AIESEC dünyanın 110-dan çox ölkə və ərazisində fəaliyyət göstərən və 36 mindən çox üzvə sahib olan ən böyük tələbə gənclər təşkilatıdır. İnfostendin qurulmasında məqsəd beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir. Görüşdə tələbələr infostendə yaxınlaşaraq AIESEC-in təcrübə proqramları olan "Global Volunteer", "Global Talent" və "Global Teacher", eləcə də yerli layihələr haqqında ətraflı məlumat alıblar.
Tədbirdə AİESEC Azərbaycanın Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Lokal Komitə direktoru Jalə Zeynalzadə və təşkilatın digər nümayəndələri iştirak ediblər.
Azərbaycanca