AZƏRBAYCAN REPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ
Azərbaycan Turizm və Menecment Universiteti 30 may 2025-ci il tarixində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların VIII Respublika Elmi-Praktik Konfransını keçirəcək.
Konfransın keçirilməsində əsas məqsəd bu sahədə aparılan elmi-tədqiqat işləri çərçivəsində idarəetmədə mövcud olan çatışmazlıqları üzə çıxarmaq, onların mühüm həlli yollarını göstərmək və muxtəlif sahələrin idarə edilməsində multikultural dəyərlərin əlyetərliliyinin təmin olunmasını müəyyən etməkdir.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
1.Heydər Əliyev idarəçilik irsi;
2.Multikulturalizm və milli dəyərlər;
3.Dövlət siyasətində idarəetmənin yeri və rolu;
4.Ölkələrarası münasibətlərdə turizm faktoru;
5.Korporativ idarəetmə və biznesin idarə edilməsi;
6.İdarəetmədə hüquq problemləri.
7.Turizmin idarəedilməsində informasiya təhlükəsizliyi və süni intellektin rolu
Konfransda iştirak etmək üçün müəllif haqqında aşağıda göstərilən məlumatların da təşkilat komitəsinə göndərilməsi mütləqdir:
1.Adı, soyadı və ata adı
2.Elmi dərəcəsi
3.İş yeri və vəzifəsi
4.Telefon nömrəsi və elektron ünvanı
5.Məruzənin mövzusu və istiqaməti
Məqalələrin tərtib olunma qaydaları:
Mətnin yığılması - A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla konfransın işçi dillərindən hər hansı birində təqdim olunmalıdır. Xülasə (60-80 söz) və açar sözlər (5-8 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir.
İstifadə edilən ədəbiyyatlara istinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir [6,s.109].
Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.
Konfransın işçi dili: Azərbaycan dili, türk dili, ingilis dili, rus dili.
Konfrans üçün hazırlanan material 01.05.2025-ci il tarixinədək science.atmu@atmu.edu.az elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)
Bakı, Koroğlu Rəhimov 822/23
science.atmu@atmu.edu.az
Azərbaycanca