Seminar: "Lizinq və kredit: Şirkətlər üçün hansı daha sərfəlidir?"
04.03.2025
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 414
Seminar: "Lizinq və kredit: Şirkətlər üçün hansı daha sərfəlidir?"

Azərbaycan Turizm və Menencment Universitetində (ATMU) Menecment kafedrasının təşəbbüsü ilə seminar keçirilib. "Turan Legal and Tax Services" MMC-nin hüquq meneceri Araz İsmayılov ilə birgə təşkil olunan seminar "Lizinq və kredit: Şirkətlər üçün hansı daha sərfəlidir?" mövzusunu əhatə edib. ATMU tələbələri tərəfindən maraqla qarşılanan seminarda universitetin marketinq, menecment, dövlət bələdiyyə idarəetməsi ixtisasında tədris alan gəncləri iştirak edərək biliklərini təkmilləşdiriblər. Interaktiv şəkildə keçən seminar tələbələrin müxtəlif mövzuları əhatə edən aktiv müzakirələri ilə davam edib.