Beşbarmaq dağının turizm potensialı mövzusunda seminar keçirilib
05.03.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 365
Beşbarmaq dağının turizm potensialı mövzusunda seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Beşbarmaq dağı Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunun turizm potensialı” adlı seminar keçirilib. Seminar "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Baş fond mühafizəçisi Asim Adgözəl tərəfindən təşkil olunub.

A.Adgözəl təqdimatla çıxış edərək, hələ də tədqiq edilən və əfsanəvi tarixi gündən-günə özünə böyük diqqət çəkən Beşbarmaq dağının turizm potensialından bəhs edib. Qoruğun əməkdaşı hazırda Beşbarmaq ərazisinin turizm destinasiyası kimi həm yerli, həm də xarici turistlərin diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, bu tarixi yer turistlər tərəfindən həm dini nöqteyi-nəzərdən dəyərləndirilir, həm də xarici ölkələrdən gələn qonaqlar abidənin tarixinə və təbii xarakteristikasına maraq göstərirlər. Əlavə edək ki, Beşbarmaq dağı ərazisi paytaxt Bakıya yaxın yerdə yerləşdiyi üçün böyük turizm prespektivinə malikdir.

Görüşün sonunda A.Adıgözəl ölkəmizdə davamlı turizmin inkişafından, yeni turizm istiqamətlərindən bəhs edib və tələbələri bu sahələri daha dərindən mənimsəməyə çağırıb.

Seminar tələbələr tərəfindən maraqla qarşılanıb.