ATMU-da hüquq və suverenlik mövzularında açıq dərslər keçirilir
06.03.2025
--
Bölmə: Xəbərlər
Baxış sayı: 494
ATMU-da hüquq və suverenlik mövzularında açıq dərslər keçirilir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm və tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də öz növbəsində 2025-ci il “Konstitusiya və Suverenlik ili” üzrə Tədbirlər planını həyata keçirir.

Universitetdə Tədbirlər planına uyğun olaraq, gənclərin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, bərabərlik hüququnun təmininin təbliği məqsədilə hüquq və suverenlik mövzularında açıq dərslərə start verilib.

Bu tədbirlər çərçivəsində tələbələr Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunmasının, konstitusiya hüququnun əhəmiyyətini daha dərindən öyrənmək imkanı əldə edirlər. Bu həm də hüquqların qorunması və suverenliyin əhəmiyyəti mövzusunda geniş müzakirələrə şərait yaradır. Həmçinin, gələcəkdə ölkəmizin inkişafını təmin edən hüquqi təfəkkürün formalaşmasına və vətəndaş cəmiyyətinin gücləndirilməsinə öz töhfəsini verir.

2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycan Respublikasının hüquqi inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və vətəndaşların hüquqlarının qorunması sahəsində əhəmiyyətli addımdır. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sərəncam tarixilik və gələcəyə yönəlik strateji yanaşmaları əks etdirir.

#ATMU #ATMUTHIK #ATMUTGT #Hüquq #Suverenlik #Konstitusiyaİli #AzərbaycandaTəhsil #DövlətMüstəqilliyi