Turizm üzrə könüllülük fəaliyyəti mövzusunda infosessiya keçirilib
07.03.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 418
Turizm üzrə könüllülük fəaliyyəti mövzusunda infosessiya keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm Könüllüləri Təşkilatının direktoru Nurlana Paşayevanın iştirakı ilə məlumat sessiyası təşkil olunub. Məqsəd tələbələrin şəxsi və professional qabiliyyətlərini inkişaf etdirmək, bu sahədə təhsil alan gəncləri müxtəlif layihələrin tərkib hissəsi etməkdir.

Məlumat sessiyasının mövzusu turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılacaq karyera imkanları olub.

Tədbirdə gənclərin “Könüllülərin İnkişaf Proqramları”na, təlimlərə, seminarlara cəlb olunması məsələlərindən danışılıb. Qeyd edilib ki, turizmçi tələbələrin Turizm Könüllüləri Təşkilatının həyata keçirəcəyi tədbirlər çərçivəsində layihələrin təşkili və idarəolunması prosesində birbaşa komanda şəklində iştirak etmək imkanı var.