Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının müdiri i.ü.f.d. dosent Camal Hacıyev və həmin kafedranın dosent əvəzi i.ü.f.d. Sabir Quluzadə Naxçıvan Dövlət Universiteti və Türkiyənin İktisadi Kalkınma Ve Sosyal Araştırmalar Enstitüsünün birlikdə təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində həyata keçirilən İpəkyolu IV Beynəlxalq Elmi Tədqiqat Konfransında iştirak ediblər. Konfransdan öncə Antalya Belek Universitetində rektor Prof. Dr. Abdullah Kuzu və tələbələrlə görüş keçirilib. Məhsuldar keçən görüşdə gələcəkdə ATMU ilə əməkdaşlıq etmək təklifi irəli sürülüb.
Daha sonra konfransın plenar iclası həyata keçirilib. Plenar iclasdan sonra ATMU-nun nümayəndələri bir sıra görüşlər keçirib. Belə ki, London Enfield Bələdiyyə başkanı Muhammed Amirul İslam, Kenya Universitetinin professoru Akbar Valadbilgi, Dünya Dijital Sağlık Vəqfi başkan köməkçisi David John Wortley, Gürcüstan Elmlər Birliyinin təsisçisi professor Giorgi Chubinidze və Tehran Universitetinin professoru Mahta Saremi ilə səmərəli görüşlər baş tutub və yaxın gələcəkdə əməkdaşlıq təklifləri haqqında müzakirələr aparılıb.
Panel iclaslarında i.ü.f.d. Camal Hacıyev “Azərbaycanda pensiya sisteminin mövcud vəziyyəti və inkişaf istiqamətləri” və i.ü.f.d. Sabir Quluzadə “Regional turizmin inkişafının sosial və iqtisadi təsirləri” mövzularıda çıxışlar ediblər.
Azərbaycanca