ATMU-da “Biznesin çevik idarə edilməsi” mövzusunda təlim keçirilib
17.03.2025
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 603
ATMU-da “Biznesin çevik idarə edilməsi” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Menecment kafedrasının təşəbbüsü ilə təlim keçirilib. “Paşa Sığorta” ASC-nin Agile Əməliyyatlar üzrə mütəxəssisi Sevinc Səfərli ilə birgə təşkil olunan təlim “Biznesin çevik idarə edilməsi” (“Business Agility”) mövzusunu əhatə edib. Təlimdə “Agile nədir?” “Yerli və xarici şirkətlərin Agile metodologiyasının tətbiqi", “Scrum framework” haqqında danışılıb.

Bu təlimi keçməklə tələbələr layihə idarəetməsində Agile və çevik yanaşmalar, Agile idarəetmənin ənənəvi menecmentdən fərqi və Agile menecmentinin üstün cəhətlərini öyrəniblər. Tələbələr bazarda yeni olan sahəni maraqla qarşılayaraq, təlimdə aktiv iştirak ediblər. Sonda isə öyrəndikləri mövzu ilə bağlı qrup işi keçirilib, hər bir tələbə komanda olaraq öz ideyaları ilə çıxış edib.