“Brend tələbə”lərimiz!
19.03.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 693
“Brend tələbə”lərimiz!

AzEdu.az Təhsil Portalı hər il ən aktiv və nümunəvi tələbələri müəyyənləşdirərək onların bacarıqlarını tanıtmaq, tələbələr arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə “Brend tələbə” layihəsini həyata keçirir.

Bu layihə çərçivəsində 2024-2025-ci tədris ili üzrə “Brend tələbə”lərin siyahısı tərtib olunub.

Qeyd edək ki, “Brend tələbə”lər hər il ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Bu il 29 universitet layihədə iştirak edib.

Siyahıda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrinin adları da yer alıb.

Ətraflı: https://azedu.az/.../azerbaycanin-ldquobrend.../

Tələbələrimizi təbrik edir, onlara uğurlu gələcək arzulayırıq!