ATMU əməkdaşları Avstriyada beynəlxalq həftədə iştirak edirlər
02.04.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 385
ATMU əməkdaşları Avstriyada beynəlxalq həftədə iştirak edirlər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, eyni zamanda Azərbaycan-Avstriya Turizm Proqramının koordinatoru Aytac Babayeva Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində təşkil edilən beynəlxalq həftədə iştirak edirlər.

Səfər çərçivəsində ATMU nümayəndələri transmilli proqram tərəfdaşı kimi müxtəlif təlimlərdə təmsil olunacaqlar. Təlimlər əsasən beynəlxalq akkreditasiya, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri prosesi və ali təhsil müəssisələri arasında beynəlxalq əlaqələrin gücləndirilməsi kimi aktual mövzulara həsr edilib. Beynəlxalq həftədə İspaniya, Fransa, Finlandiya, Misir, Özbəkistan, Albaniya və digər ölkələrin nüfuzlu ATM-lərindən əməkdaşlar iştirak edirlər.