QHGT ATMU-da məlumat sessiyası keçirib
04.04.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 439
QHGT ATMU-da məlumat sessiyası keçirib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (NAM Youth Organization) ilə birlikdə məlumatlandırıcı sessiya keçirilib.

Sessiya zamanı təşkilatın nümayəndələri hərəkatın məqsəd və prinsipləri, qurumun strukturu və idarəetmə sistemi, beynəlxalq arenadakı rolu barədə məlumat veriblər. Tələbələr ölkəmizin Qoşulmama Hərəkatındakı fəaliyyəti, gənclərin bu proseslərdə iştirakı və onlar üçün təklif olunan layihələr haqqında ətraflı məlumat alıblar. Həmçinin, yeni əməkdaşlıq imkanları müzakirə edilərək gələcəkdə birgə fəaliyyətlər üçün ilkin addımlar atılıb.

#NAMYouthOrganization #ATMU #Gənclərİnkişafda #İnfoSessiya #Əməkdaşlıq