Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Synergia Academy”nin təşkilatçılığı ilə “Turizmdə bədən dili” mövzusunda təlim keçirilib. Təlimdə qurumun əməkdaşları tələbələrə bədən dilinin əhəmiyyəti, iş prosesində, otelçilik sahəsində insanlarla ünsiyyətdə vacib olan məqamlara aydınlıq gətiriblər. İştirakçılar qeyri-şifahi dilin iş dünyasında necə bir güc olduğunu öyrənib, tətbiq olunma metodları ilə məlumatlanıblar.
Təlim iştirakçıları müxtəlif praktiki tapşırıqlarda və qrup çalışmalarında iştirak edərək əldə etdikləri bilikləri tətbiq ediblər. Peşəkar inkişaf ruhunda keçən təlim tələbələr üçün yeni biliklər və dəyərli təcrübələrlə yadda qalıb.
Azərbaycanca