ATMU-da elmi-nəzəri seminar
11.04.2025
Turizm Biznesi Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 428
ATMU-da elmi-nəzəri seminar

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm biznesi kafedrasının “Turizm dərnəyi”ndə “Süni intellektin turizmdə tətbiqi: perspektivlər və problemlər” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Turizm biznesi kafedrasının müdiri, dosent Hafiz Hüseynov turizm sahəsində süni intellekt texnologiyalarının artan rolundan, dəyişdirici güc mənbəyi olmasından, ətraf mühitin davamlılığından, həmçinin ziyarətçilərin təkmilləşdirilmiş təcrübəsinə qədər geniş bir sahəni ehtiva etdiyindən danışıb. Turizm ekosistemində müsbət dəyişikliklər yaradacağını xüsusi vurğulayan H.Hüseynov süni intellektin davamlı və dayanıqlı turizm sənayesinin inkişafına da böyük təkan verəcəyini diqqətə çatdırıb.

Turizm biznesi kafedrasının müəllimi, i.ü.f.d. Şamil Mehdi süni intellektin turizm sektorunda tətbiq sahələri, qarşıya çıxan çətinliklər və perspektivlərə münasibət bildirib. O, turizm təhsil platformasında süni intellektdən istifadənin zəruriliyndən bəhs edib.

“Süni intellektin turizmdə tətbiqi: perspektivlər və problemlər” adlı seminarda bu istiqamətdə tədqiqatlar aparılmasının vacibliyi xüsusi vurğulanıb.