Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Minəxanım Əsədovanın 60 yaşı tamam olub. Yubiley münasibətilə universitetin rektoru İlham Mədətov professor Minəxanım Əsədovanı kollektiv adından təbrik edib, xoş və səmimi arzularını bildirib, ona uzunmüddətli elmi-pedaqoji və maarifçilik fəaliyyətinə görə təşəkkür edib.
Rektor Minəxanım Əsədovanın elmin inkişafındakı xidmətlərindən söz açaraq, Azərbaycanda qadınların elm, təhsil və ictimai həyatda aktiv iştirakını dəstəklədiyini qeyd edib. İ.Mədətov professora həm elmi fəaliyyətində, həm də ATMU-dakı iş fəaliyyətində uğurlar arzulayıb.
M.Əsədovanın Azərbaycanın elm, təhsil və mədəniyyət, xüsusən də kulturologiya elmi araşdırmaları sahəsində sanballı dərs vəsaitləri, monoqrafiyalar və elmi-kütləvi əsərlərin hazırlanmasında əməyi ATMU kollektivi tərəfindən xüsusi qiymətləndirilib. Onun həm alim, həm də müəllim kimi daim səmərəli fəaliyyəti yüksək dəyərləndirilib.
Professor Minəxanım Əsədovanı təbrik edir, ona cansağlığı, gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!
Azərbaycanca