ATMU-da ABŞ və Çindən gələn müəllimlərlə tədris həftəsi təşkil edilib
16.04.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 334
ATMU-da ABŞ və Çindən gələn müəllimlərlə tədris həftəsi təşkil edilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ABŞ və Çindən gələn müəllimlərlə tədris həftəsi keçirilib. Belə ki, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında baş tutan Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində ABŞ-dan gəlmiş təcrübəli mütəxəssis Isabella Laczkhovich “Qlobal Sağlamlıq və Spa Menecmenti”, Çin Xalq Respublikasından dəvət olunmuş Chen Yang isə “Keyfiyyət Tədqiqat Metodları” fənni üzrə tədris aparıblar. Tədris prosesi tələbələrin nəzəri və praktiki biliklərinin zənginləşməsinə müsbət təsir göstərib.

Hər iki müəllim bir həftə ərzində intensiv dərslər keçərək, tələbələrə qlobal perspektivlər təqdim ediblər. Tədris həftəsinin sonunda isə tələbələrlə birgə təşkil olunan ekskursiya qonaqların Azərbaycan mədəniyyəti və turizm imkanları ilə tanışlığına imkan yaradıb.

Qeyd edək ki, Çin Xalq Respublikasından dəvət olunmuş Chen Yang həmçinin Beynəlxalq Layihələr üzrə icraçı menecer olaraq fəaliyyət göstərir. O, ATMU-ya səfəri çərçivəsində rektor İlham Mədətovla da görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq imkanları, akademik təşəbbüslər, birgə seminar və konfransların təşkili, eləcə də davamlı turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

#ATMU

#IMCKrems

#GuestLecturers

#InternationalTeaching

#HealthAndSpaManagement

#QualitativeResearchMethods