Böyük Britaniyalı professor Jessica Lichy ATMU-ya səfər edib
18.04.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 375
Böyük Britaniyalı professor Jessica Lichy ATMU-ya səfər edib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində Böyük Britaniyalı professor Jessica Lichy Bakıda səfərdədir. Professor Lichy AATP 2022 qrupuna “Experience Design in Tourism” fənnini tədris etmək məqsədilə ATMU-da bir həftəlik akademik fəaliyyətini davam etdirir.

Hazırkı səfər yalnız tədris prosesi ilə məhdudlaşmır. Professor Lichy ATMU-nun Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Elm və İnnovasiya şöbəsinin rəhbəri Nəsirulla Nəsirli və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ilə keçirilən görüşdə birgə tədqiqat imkanlarını müzakirə ediblər. Görüşdə elm və innovasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Professor Jessica Lichynin ATMU-ya səfəri beynəlxalq akademik əməkdaşlıqların gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun tədris prosesi və elmi mübadilə çərçivəsində həyata keçirdiyi fəaliyyətlər tələbələrə qlobal trendlərlə tanış olmaq, müasir turizm təcrübələrini öyrənmək və interaktiv öyrənmə mühitində biliklərini tətbiq etmək imkanı yaradır.

 

#ATMU

#IMCKrems

#AATP

#Tourism

#Education

#Research