Beynəlxalq dəniz yükdaşımaları mövzusunda təlim keçirilib
22.04.2025
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 395
Beynəlxalq dəniz yükdaşımaları mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsinin Menecment kafedrasının təşkilatçılığı ilə ATMU məzunu, eyni zamanda DAEHAN CO.,LTD Company logistika koordinatoru  Rüfət Malikəjdərli  tərəfindən “Beynəlxalq dəniz daşınmalarında logistikanın əhəmiyyəti” mövzusunda  təlim keçirilib. Təlim Biznes idarəçiliyi fakültəsinin dekanı i.ü.f.d., dos.Vüqar Nəzərov və Menecment kafedrasının müdiri i.ü.f.d., dos.Camal Hacıyevin çıxışları ilə başlayıb. V.Nəzərov bildirib ki, belə təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə təhsil aldıqları ixtisasın praktik əhəmiyyətini çatdırmaq, daha çevik mənimsətmək və onların əmək bazarında layiqli yer tutmasına dəstək olmaqdır. C.Hacıyev çıxışı zamanı qeyd edib ki, bu, 2025-ci ildə Menecment kafedrası tərəfindən silsilə şəkildə keçirilən təlimlərdən biridir. Onun fikrincə, belə tədbirlərin keçirilməsi tələbələrin təhsil həyatlarında önəmli rol oynayır.

Daha sonra söz ATMU məzunu, eyni zamanda DAEHAN CO.,LTD Company Logistika koordinatoru  Rüfət Malikəjdərliyə verilib. Təlimçi beynəlxalq dəniz daşınmalarında logistikanın əhəmiyyəti haqqında slaydlar vasitəsilə ətraflı məlumat verib, eyni zamanda tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, təlimdə ATMU-nun Beynəlxalq ticarət və logistika ixtisasının 1-ci kurs tələbələri iştirak ediblər. Onlar bu ixtisas üzrə universitetə ilk qəbul olunan tələbələrdir.

Əlavə olaraq bildirək ki, Rüfət Malikəjdərli bakalavr təhsilini ATMU-da, magistr təhsillərini isə Türkiyənin iki universitetində - İstanbul Üniversiteti və İzmir 9 Eylül Üniversitetində alıb.