Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Elmi Şura üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüsenova da iştirak edib. İclası açıq elan edən rektor İlham Mədətov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
ATMU-nun Strateji inkşaf üzrə prorektoru Araz Aslanlı təsnifata “Qastronomiya”, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev isə “Hotelçilik işinin təkili” adlı yeni ixtisasların əlavə olunması üçün yaradımış İşçi qrupunun hesabatlarını təqdim ediblər. Bildirilib ki, İşçi qrupunun araşdırmalarına əsasən, iqtisadi tendensiyaya uyğun olaraq yeni fəaliyyət sahələri yaranır və o sahələrdə çalışacaq yüksək ixtisaslı kadrlara ehtiyac var. Həmin ixtisasların yaradılması mövcud olan sahələri genişləndirmək və yeni profillər yaratmaq zərurətdən irəli gəlir. Məsələnin müzakirəsi zamanı tələbələrin bu imkanlardan yararlanması üçün müasir laboratoriyaların, praktik mərkəzlərin olması iclas iştirakçıları tərəfindən qeyd edilib. İşçi qruplarının hesabatı müsbət dəyərləndirilib.
Gündəlikdəki digər məsələ ilə bağlı universitetin təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı təqdimatla çıxış edib. Rektor müşaviri “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadənin adına adlı təqaüd”ün təsis olunması təklifini irəli sürüb. O, “Adlı təqaüd”ün təsis edilməsi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
İclasda ATMU-nun 20 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planı və universitetin yeni strukturunun yaradılması ilə bağlı təkliflər müzakirə edilib.
Cari məsələlərə gəlincə, ATMU-nun Elmi Şurasının yeni Əsasnaməsinin təsdiqi gündəlikdə yer alan məsələlərdən olub.
Rektor İ.Mədətov müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib. Ətraflı müzakərələrdən sonra gündəlikdə olan hər bir məsələ barədə müvafiq qərarlar qəbul edilib.
Azərbaycanca