Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələrinin Kapital Banka ekskursiyası təşkil edilib. Ziyarətin məqsədi tələbələrdə real iş mühiti ilə bağlı ilkin təəssürat yaratmaq və onlara maliyyə biliklərinin aşılanması olub.
Səfər çərçivəsində tələbələr Kapital Bankın gündəlik fəaliyyəti ilə yaxından tanış olub, həmçinin maliyyə sahəsi ilə bağlı ümumi məlumatlandırıcı sessiyada iştirak ediblər.
Ekskursiya zamanı bankın əməkdaşları Maliyyə təhlili və idarəetmə hesabatlığı, Requlyativ hesabatlıq, Maddi motivasiyanın hesablanması, Daxili mühasibatlıq və Maliyyə uçotu şöbələri haqqında tələbələri məlumatlandırıblar.
Gənclərlə səmimi müzakirələrlə keçən görüş onlarda xoş təəssüratla yadda qalıb və gələcək karyeraları üçün faydalı olub.
Azərbaycanca