Böyük Britaniyalı professor təcrübəsini tələbələrlə bölüşür
30.04.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 290
Böyük Britaniyalı professor təcrübəsini tələbələrlə bölüşür

Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində bu həftə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Böyük Britaniyadan olan beynəlxalq tədbir sənayesi üzrə tanınmış ekspert, tədqiqatçı və müəllif Dr. Rob Davidson qonaq müəllim kimi çıxış edir.

Menecment sahəsində 20 ildən artıq təcrübəyə malik olan Dr. Davidson MICE sektoru üzrə (Meetings, Incentives, Conferences, and Exhibitions – Görüşlər, İnsetiv Səfərlər, Konfranslar və Sərgilər) qlobal səviyyədə aparıcı mütəxəssislərdən biri kimi tanınır. O, həmçinin MICE Knowledge şirkətinin qurucusudur və dünyanın müxtəlif universitetlərində qonaq professor kimi dərs deyib.

ATMU-da qonaq olduğu müddətdə Dr. Rob Davidson “Event Management – Tədbirlərin İdarə Edilməsi” fənnini tədris edəcək. Tədris prosesi zamanı tələbələr tədbir planlaşdırılması, strateji yanaşmalar, texnologiyaların tətbiqi və dayanıqlılıq prinsipləri barədə beynəlxalq təcrübəyə əsaslanan biliklərlə tanış olacaqlar.

Bu təşəbbüs ATMU-nun beynəlxalq elmi əlaqələrini gücləndirmək, tələbələrin qlobal bacarıqlarını artırmaq və beynəlxalq səviyyədə tanınan mütəxəssislərlə bilik mübadiləsini təşviq etmək məqsədi daşıyır.

 

#ATMU

#IMCKrems

#AATP

#EventManagement

#MICEindustry