Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının tərəfdaşlığı, həmçinin ATGTİ-nin təşkilatçılığı ilə “CreART” proqramı çərçivəsində “13.Stansiya” adlı tamaşa təqdim olunub.
Tamaşa cahilliyin hökm sürdüyü bir kəndin sirlərindən, qaranlıq hadisələrdən və insan ruhunun ziddiyyətlərindən bəhs edir. Gərginlik və gerçəkdən doğan xəyali obrazlar bir səhnədə birləşir.
Qeyd edək ki, tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbəsi Cəlal Əliyevdir. Tamaşada baş rollardan birini – Sona obrazını canlandıran ifaçı da ATMU-nun tələbəsi Yeganə Abbasovadır. Cəlal Əliyev isə səhnə işinin digər baş rol ifaçısıdır. O, tamaşada Murad obrazını canlandırır.
Anşlaqla keçən "13.Stansiya" istedadlı gənclərin uğuru hesab oluna bilər.
Azərbaycanca