Rektor kafedra müdirini təbrik edib
01.05.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 420
Rektor kafedra müdirini təbrik edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynovun 65 yaşı tamam olub. ATMU-nun rektoru İlham Mədətov kafedra müdirini doğum günü münasibətilə təbrik edib, ona gələcək elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Rektor H.Hüseynovun səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb, onun yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərini qeyd edib.

Tədbir iştirakçıları kafedra müdirinə xoş sözlərini ünvanlayıb, onun elmə dəyərli töhfələr verdiyini vurğulayıblar.

Qeyd edək ki, Hüseynov Hafiz Fehruz oğlu 01 may 1960-cı ildə Naxçıvan MR Şahbuz rayon Nursu kəndində anadan olub. 1967-1978-ci illərdə Nursu kənd orta məktəbini bitirib, 1978-1982-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1985-ci ildə təyinatla Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. 1986-1989-cu illərdə Bakı Dövlət Universitetinin aspirantı olub, fəlsəfə elmlər namizədi elmi dərəcəsi alıb. 2021-ci ildən dosentdir. 1990-cı ildə yenidən təyinatla Naxçıvan Dövlət Universitetində çalışıb, orada laborant, müəllim, baş müəllim, 2004-cü ildən “Bələdiyyə və turizm” kafedrasının müdiri olub. 2018- ci ildən Azərbaycan Turizm və Menecment Universitetində “Turizm Biznesi” kafedrasının müdiri vəzifəsində çalışır. 86 elmi məqalənin, 2 dərslik və 1 elmi metodik kitabın müəllifidir.

Hafiz müəllimi ATMU kollektivi adından təbrik edir, ona cansağlığı, gələcək işlərində nailiyyətlər arzulayırıq!