Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin şəhidi Məhəmmədəli Hörmət oğlu Həsənzadənin doğum günüdür.
Məhəmmədəli Hörmət oğlu Həsənzadə 1999-cu il may ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir.
ATMU-nun “Biznesin İdarəçiliyi” fakultəsində Menecment ixtisası üzrə təhsil alıb.
O, Ağdam, Hadrut, Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Məhəmmədlinin atası Hörmət Həsənzadə də I Qarabağ və Aprel döyüşlərinin iştirakçısı olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizi qürur və ehtiram hissi ilə yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanca