Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı üzrə təşkil olunan daha bir blok həftə uğurla yekunlaşıb. Tədris həftəsi çərçivəsində ATMU tələbələri tədbir menecmenti (event management) sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssis – Böyük Britaniyadan dəvət olunmuş professor Rob Davidson ilə birgə dərslərdə iştirak ediblər.
Blok həftə çərçivəsində tələbələrə beynəlxalq tədbirlərin təşkili, konfrans və sərgi menecmenti mövzusunda interaktiv təlimlər keçirilib. Əldə olunan nəzəri biliklərin praktik müstəvidə tətbiqi məqsədilə tələbələr Courtyard by Marriott Baku otelinə səfər edərək otelin tədbir otaqları və digər işgüzar xidmətləri ilə yerində tanış olublar. Bu səfər tələbələrin real iş mühitini müşahidə etməsi və sənaye nümayəndələri ilə birbaşa əlaqə qurması baxımından əhəmiyyətli hesab oluna bilər.
Həftənin sonunda tələbələr müxtəlif turizm mövzularında təqdimatlarla çıxış edərək komanda şəklində layihələrini nümayiş etdiriblər. Təqdimatlar zamanı tələbələrin analitik düşünmə, ictimai çıxış və təqdimat bacarıqları xüsusi olaraq qiymətləndirilib.
Azərbaycanca