Tələbələrimizi Tanıyaq: İlham Xəlilovun Avropa universitetlərindən uğurlu qəbulları! ✨
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) IV kurs tələbəsi, həmçinin Azərbaycan-Avstriya Turizm Proqramının III kurs tələbəsi olan İlham Xəlilov təhsil sahəsində qazandığı beynəlxalq uğurlarla bizi qürurlandırır!
✅ Tələbəmizin qəbul məktubu aldığı ali təhsil müəssisələri:
- University of Turin – İtaliya Respublikası
- Vistula University – Polşa Respublikası
- Budapest University of Economics and Business – Macarıstan Respublikası
- Széchenyi István University of Győr– Macarıstan Respublikası
⏳ Hazırda bir neçə digər Avropa universitetindən cavab gözlənilir. İlhamın müraciət etdiyi ali təhsil müəssisələri arasında İtaliya, Avstriya və Böyük Britaniyada yerləşən nüfuzlu universitetlər də yer alır.
İlhamın uğurları ATMU tələbələrinin beynəlxalq arenada nə qədər güclü olduğunu bir daha göstərir. Bu, həm də universitetimizin yüksək təhsil səviyyəsinin əyani sübutudur!
İlham Xəlilovu səmimi qəlbdən təbrik edir, ona gələcək təhsil yolunda uğurlar arzulayırıq!
#ATMU
#ATMUproud
#InternationalEducation
Azərbaycanca