Azərbaycan Turizm və Menecment Universiteti 2025/2026-cı tədris ili üçün doktoranturaya qəbul elan edir!
13.05.2025
Elm və İnnovasiya Şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 4813
Azərbaycan Turizm və Menecment Universiteti 2025/2026-cı tədris ili üçün doktoranturaya qəbul elan edir!

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti 2025/2026-cı tədris ili üçün doktoranturaya qəbul elan edir!

Azərbaycan Turizm və Menecment Universiteti Nazirlər Kabinetinin 02 may 2025-ci il tarixli 175s nömrəli Sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2025/2026-cı tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədləri 2025-ci il 13 may tarixdən 02 iyun tarixədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək ATMU-nun əsas korpusunda Elm və innovasiya şöbəsinə (I mərtəbə, 105-ci otaq) təqdim etmək olar. Sənəd təqdim edən şəxslər həmçinin elektron formada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

1. ərizə (ATMU rektorunun adına);

2. kadrların şəxsi-qeydiyyat vərəqi;

3. tərcümeyi-hal;

4. 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

5. iş yerindən xasiyyətnamə;

6. iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

7. çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

8. ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

9. şəxsiyyəti təsdiq edən sənədin surəti;

10. elmi rəhbərin razılıq sənədi;

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Qeyd: Sənədlər ayrıca qovluqda müvafiq tələblərə uyğun hazırlanıb şəxsən təqdim edilməlidir. Həmçinin, portal.edu.az saytında qeydiyyatdan keçərək sistemə yüklənməlidir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Xarici dildən imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Azərbaycan Turizm və Menecment Universiteti, Elm və innovasiya şöbəsi

K.Rəhimov küç. 822/23-cü məhəllə AZ 1072, Bakı ş., Tel: (+994) 012 564 42 33

(daxili 125)

E-mail: h.qasimli@atmu.edu.az