Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı tərəfindən Təhsil Proqramlarının tərtib olunması ilə əlaqədar təlim keçirilib. Tədbiri ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov açıq elan edib. Daha sonra Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Qurbanova universitetin müvafiq struktur əməkdaşları üçün təşkil edilən məlumatlandırıcı sessiyada magistratura səviyyəsində ixtisas/ixtisaslaşmalar, MBA proqramı üzrə təhsil müddəti və perspektivləri haqqında detallı məlumat verib. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, əməkdaşların çoxsaylı sualları cavablandırılıb.
Azərbaycanca