ATMU və Səlcuq Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
17.05.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 291
ATMU və Səlcuq Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin Səlcuq Universiteti arasında ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib. Görüşdə hər iki universitetin rəhbər heyəti və akademik nümayəndələri iştirak ediblər.

Türkiyə tərəfini görüşdə Səlcuq Universitetinin Turizm Fakültəsinin dekanı Prof. Dr. Bünyamin Ayhan, Turizm Fakültəsinin professoru Prof. Dr. Alper Ateş, Akşehir Peşə Yüksək məktəbinin müdiri Dos. Dr. Mehmet Şahin, Akşehir İqtisadi Elmlər Fakültəsinin dekan müavini Dos. Dr. H. Arif Tunçez, Akşehir Peşə Yüksək məktəbinin təmsilçisi Dr. Öğr. Üyesi Aytaç Demiray və UNEC nəzdində Qida Sənayesi Kollecinin turizm müəllimi Dr. Həsənli Nərgiz təmsil ediblər.

ATMU tərəfindən isə universitetin rektoru İlham Mədətov, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, rektor müşaviri Fərid Cabbarlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Karyera və kommunikasiya şöbəsinin müdir müavini Məhəbbət Hacıyeva iştirak ediblər.

Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq layihələr və turizm sahəsində elmi əməkdaşlıq imkanları geniş müzakirə olunub.