Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AİESEC Azərbaycanın təşkilatçılığı ilə “AİESEC Günü” adlı təlim keçirilib. Məqsəd beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə, insan resursları kimi bir çox sahədə olan bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.
Tədbirdə AİESEC Azərbaycanın Marketinq və İctimaiyyətlə Əlaqələr üzrə Lokal Komitə direktoru Jalə Zeynalzadə və təşkilatın digər nümayəndələri iştirak ediblər. Onlar AIESEC-in dünyanın 110-dan çox ölkə ərazisində fəaliyyət göstərdiyini, 36 mindən çox üzvə sahib olan böyük tələbə gənclər təşkilatı olduğunu diqqətə çatdırıblar.
Təlimdən sonra universitetdə AIESEC-in infostendi qurulub. Tələbələr infostendə yaxınlaşaraq AIESEC-in təcrübə proqramları olan "Global Volunteer", "Global Talent" və "Global Teacher", eləcə də yerli layihələr haqqında ətraflı məlumat alıblar.
Azərbaycanca