ATMU tələbələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda
21.05.2025
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 224
ATMU tələbələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və Restoran Biznesi” kafedrasının “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrinin, “Qida təhlükəsizliyi” ixtisasının magistr tələbəsi Aygün Salmanovanın, həmin kafedranın müəllimləri Ədilə Mahmudova və Səbinə Qasımovanın rəhbərliyi ilə “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu”nda (AQTİ) praktiki-təhlil üzrə ekskursiyası baş tutub.

Tələbələr ekskursiya zamanı AQTİ-nin ayrı-ayrı laboratoriya şöbələrində - “Mərkəzi fitosanitar laboratoriyalar”da, “Virusoloji və bakterioloji diaqnostika otaqları”nda, “Mikologiya laboratoriyası”, “DNT ekstraksiya otağı”, “İnokulyasiya otağı” və “Master MİX və amplifikasiya otaqları”nda olmaqla yanaşı, orada aparılan iş prosesi ilə yaxından tanış olublar. Gənclər avadanlıqların iş prinsipləri, beynəlxalq metodlardan istifadə etməklə aqrokimyəvi maddələrdə, baytarlıq preparatlarında, yem və yem əlavələrində, bioloji aktiv qida məhsullarında keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun müxtəlif analizlərin aparılma qaydası haqqında müvafiq olaraq laboratoriya əməkdaşları Minayə Polukova (Kimyəvi müayinələr bölməsinin rəhbəri), Nəzakət Abasova, Nigar Vəliyeva, Nuranə Mirzəyeva və Rəna Qarayeva tərəfindən ətraflı məlumatlandırılıblar.

Həmçinin Nuranə Mirzəyeva tələbələrə soğanda nemotodların necə aşkar edilməsini və onların mikroskop altında görüntüsünü əyani şəkildə nümayiş etdirib. Nigar Vəliyeva tərəfindən gənclərə bitki zərərvericiləri, həşəratları haqqında ətraflı məlumat verilib və Azərbaycanda ən çox yayılmış mumyalanmış bitki zərərvericiləri və həşəratlarından ibarət kolleksiya təqdim edilib. Dünyada mövcud olan, lakin ölkəmizə hələ ki gəlib çıxmamış bir neçə həşərat da kolleksiyaya daxil idi.

AQTİ-də tələbələrə tədris zamanı aldıqları nəzəri biliklərinin laboratoriyada praktik olaraq tətbiqi haqqında geniş informasiya əldə etmək imkanı yaranıb.