Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) uğurla həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində AATP 2022 Bakalavr qrupları tədris illəri üzrə sonuncu blok həftələrini uğurla tamamlayıblar.
Sonuncu blok həftəsi tələbələrə biliklərini praktik mühitdə tətbiq etmək və beynəlxalq turizm sahəsindəki yenilikləri öyrənmək imkanı yaradıb.
Xüsusilə bu mərhələdə ATMU beynəlxalq akademik əməkdaşlıq çərçivəsində finlandiyalı professor Johanna Heinonen-Kemppini qəbul edib. Professor Heinonen-Kemppi "Rəqəmsal Turizm" fənni üzrə bir həftə ərzində ATMU-da dərslər keçib və interaktiv seminarlarla tələbələrə rəqəmsallaşmanın turizm sahəsindəki rolu və trendləri barədə dərin bilgilər təqdim edib.
Professorun iştirakı tələbələrə rəqəmsal alətlərin və texnologiyaların turizm sənayesində tətbiqi ilə bağlı real nümunələr təqdim etməklə yanaşı, qlobal perspektivdən düşünmə bacarıqlarını da inkişaf etdirməyə kömək edib.
#ATMU
#IMCKrems
#AATP
#DigitalMarketing
Azərbaycanca