Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin akademik və inzibati heyəti üçün korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması məqsədilə təlim keçirilib.
“Ali təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə vasitələri” adlı təlim müddətində ATMU-nun baş hüquqşünası Aydın Kərimov korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, korrupsiya ilə mübarizənin tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verib.
Təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Azərbaycanca