ATMU Elmi Şurasının növbəti iclası keçirilib
30.05.2025
Karyera və kommunikasiya şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 323
ATMU Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası universitetin rektoru İlham Mədətov açıq elan edib. Daha sonra Elmi Şuranın gündəliyində olan məsələlər diqqətə çatdırılıb.

İlk olaraq cari qiymətləndirmələrin nəticələri və yay imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında ATMU rektorunun müşaviri Fərid Cabbarlı məruzə edib. Daha sonra fakültə dekanları – Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov və Sosial menecment fakültəsinin dekanı Kənan Allahverdiyev cari qiymətləndirmələrin nəticələri və yay imtahan sessiyasına hazırlıqla bağlı məlumat veriblər.

İclasda həmçinin fakültə dekanları tərəfindən fakültələrin 2024-2025-ci tədris ili üçün fəaliyyət planının hesabatları dinlənilib.

Ətraflı müzakərələrdən sonra fəaliyyətlər qənaətbəxş elan olunub və hər bir məsələ barədə müvafiq qərar qəbul edilib.

Gündəlikdəki digər məsələ ilə bağlı ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı çıxış edib. O, Akkreditasiya Komissiyasının Yekun hesabatında nəzərdə tutulmuş tövsiyələrin icrası ilə əlaqədar Fəaliyyət planının təsdiqlənməsi haqqında məruzə edib.

Daha sonra cari məsələlər müzakirə edilib. Müəllimlərə saathesabı ödənişlərin miqdarı, çapa tövsiyə olunan işlər və sən.ü.f.d. Səbinə Rafikovna Babayevanın dosent adını alması üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması ilə bağlı qərarlar qəbul edilib.

İclasın sonunda rektor İ.Mədətov müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.