ATMU tələbələri “Rossmann” təcrübəsi ilə tanış olublar
02.06.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 250
ATMU tələbələri “Rossmann” təcrübəsi ilə tanış olublar

Azərbaycan-Avstriya Turizm Proqramı AATP 2024-cü il bakalavr qrupu üzrə "Marketinq II" dərsi çərçivəsində i.ü.f.d. İlahə Əliyevanın təşəbbüsü ilə tələbələr üçün xüsusi tədris təşəbbüsü reallaşdırılıb. Proqram çərçivəsində "Rossmann” mağazalar şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Rəşad Alxanovla interaktiv görüş təşkil olunub.

Görüşdə tələbələrə real marketinq təcrübələri, strateji yanaşmalar və müasir trendlər barədə məlumatlar təqdim olunub. Rəşad Alxanov “Rossmann”un fəaliyyəti, marka mövqeləndirməsi və müştəri yönümlü kampaniyalar üzrə təcrübəsini bölüşərək tələbələrin nəzəri biliklərini praktik nümunələrlə zənginləşdirib.

İnteraktiv formatda keçirilən görüş zamanı tələbələr aktiv şəkildə suallar ünvanlayıb, marketinqin real biznes mühitində tətbiqi barədə müzakirələrdə iştirak ediblər. Görüş gələcəyin mütəxəssisləri üçün əhəmiyyətli bir peşəkar inkişaf imkanına çevrilib.

#ATMU #IMCKrems #AATP #Marketing