İyunun 2-dən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.
İmtahanların bir hissəsi elektron imtahan otaqlarında, bir hissəsi isə digər imtahan auditoriyalarında saat 09:00-dan 17:30-dək davam edir.
Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci il iyul ayının 1-ci həftəsində şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.
Yaz imtahan sessiyasında tələbələrimizə uğurlar arzu edirik!
Azərbaycanca