Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Lefke Avropa Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyarət ediblər. Nümayəndə heyətinə Universitetin İdarə Heyətinin sədri Ənvər Öztürk, rektor Prof.Dr. Mehmet Ali Yükselen, Qəyyumlar Şurasının nümayəndəsi Timuçin Pirgalıoğlu daxil idi. ATMU-nun qonaqları arasında Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev də yer alıb.
Görüş zamanı ATMU rektoru İlham Mədətov qonaqlara universitet haqqında, tədris prosesi, beynəlxalq əlaqələr və xüsusən ATMU heyətinin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı ətraflı məlumat verib.
Daha sonra ATMU-nun rəhbər heyəti və rəsmi qonaqlar iki universitet arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində əməkdaşlıqların təşkili prioritet hesab edilib. Öz növbəsində rəsmi qonaqlar da Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında mövcud olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.
Azərbaycanca