Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dillər kafedrasının təşkilatçılığı ilə kafedranın cari iş planında yer almış “Müasir təlim metodları”mövzusunda seminar təşkil olunub. Seminarda müasir təlim metodları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin seminar iştirakçıları müxtəlif dillərin tədrisinə yeni yanaşmalar haqqında müzakirələrdə öz təcrübələrini və tətbiq etdikləri yenilikləri səsləndiriblər. Dillərin tədrisində müasir texnologiyaların tətbiqi üzrə padlet və yazı vərdişlərinin daha səmərəli yoxlanmasında ondan istifadə üsulları vurğulanıb.
Azərbaycanca