Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Staffordshire Universiteti arasında onlayn görüş təşkil olunub. Görüşün əsas məqsədi tərəfdaşlıq imkanlarını dəyərləndirmək və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olub.
Görüşdə ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, şöbə əməkdaşları İranə Axundova və Aytac Babayeva iştirak ediblər. Staffordshire Universitetini isə Biznes Departamentinin rəhbəri Carol Southall təmsil edib.
Görüş zamanı tərəflər arasında tələbə və müəllim mübadiləsi imkanları geniş şəkildə müzakirə olunub. Həmçinin elmi tədqiqat sahəsində əməkdaşlıq perspektivləri , beynəlxalq elmi nəşrlərdə ortaq çıxışlar , akademik tədbirlərdə birgə iştirak imkanları və tədris-təcrübə proqramlarının qarşılıqlı təşkili də gündəmdə olub
Bu əməkdaşlıq, ATMU-nun beynəlxalqlaşma strategiyasının bir hissəsi olaraq, universitetin elmi və akademik potensialının gücləndirilməsinə yeni imkanlar yaratmağa xidmət edəcək.
#ATMU
#StaffordshireUniversity
#Partnership
Azərbaycanca