ATMU ilə American Hotel&Lodging Təhsil İnstitutu arasında görüş keçirilib
17.06.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 282
ATMU ilə American Hotel&Lodging Təhsil İnstitutu arasında görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsil və təlim üzrə imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmağa davam edir.

ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Turizm və qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa bu məqsədlə American Hotel&Lodging Təhsil İnstitutunun (American Hotel and Lodging Educational Institute - AHLEI) Avropa, Yaxın Şərq və Afrika üzrə meneceri Yamel Henriksen ilə görüşüb. Görüşdə “Synergia Academy”nin qonaqpərvərlik məktəbinin direktoru Riad Rüstəmov da iştirak etdib.

Görüş zamanı iki tərəf arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusilə turizm istiqamətində müəllimlər, sektor nümayəndələri və tələbələr üçün təlimlərin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə eyni zamanda turizm yönümlü elmi araşdırmaların təşkili istiqamətində də müzakirələr aparılıb.

Qeyd edək ki, ABŞ-dakı ən nüfuzlu təlim mərkəzlərindən biri olan AHLEI 1953-cü ildən fəaliyyət göstərir və turizm və qonaqpərvərlik sektoru üzrə ixtisaslaşıb.