Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) tərəfindən “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tədbir keçirilib. Tədbirdə ATMU-nun hüquqşünası Aydın Kərimov bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hüquqşünas qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və həmin tarix hər il qeyd olunur.
Aydın Kərimov Ombudsman təsisatının yaradılmasının hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı olduğunu bildirib. Hüquqşünas fundamental hüquq və azadlıqlar, eləcə də ictimai məsuliyyət kəsb edən məsələlərlə bağlı ətraflı məlumat verib, sualları cavablandırıb.
Azərbaycanca