Əziz I kurs tələbələri,
Azərbaycan-Avstriya Beynəlxalq Turizm Təhsil Proqramı “AATP COHORT 2025” qrupu üzrə yeni qəbul açıq elan edilir.
İkili Diplom Proqramında təhsil almanın üstünlükləri
• ATMU-da təhsil alaraq iki bakalavr diploma sahib olmaq imkanı;
• Tədrisin tam olaraq ingilis dilində təşkili;
• Dərslərin əksəriyyətinin əcnəbi müəllimlər tərəfindən tədrisi;
• Beynəlxalq turizm sənayesində iş imkanları;
• Avstriyada bir semestr müddətində tələbə mübadilə proqramında iştirak etmək fürsəti;
• Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı;
• Məzunlarımızın öz təhsillərini Avropada davam etdirmək imkanı.
Proqrama ilkin müraciət üçün son tarix: 23.06.2025
Müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq formu doldura bilərsiniz.
https://rlqhajd3.forms.app/untitled-form
Əlavə məlumat və ya müraciət üçün Beynəlxalq əlaqələr şöbəsinə (Gənclik korpusu, II mərtəbə, 201-ci otaq) şəxsən yaxınlaşa, və ya international@atmu.edu.az e-mail ünvanına yaza bilərsiniz.
Azərbaycanca