Buraxılış işlərinin müdafiəsi keçirilib
23.06.2025
--
Bölmə: Xəbərlər
Baxış sayı: 297
Buraxılış işlərinin müdafiəsi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bakalavriatura səviyyəsində təhsil alan “Qida mühəndisliyi” ixtisası üzrə (QM 2101qrup) tələbələrin buraxılış işlərinin müdafiəsi və magistratura səviyyəsində “Qida məhsulları mühəndisliyi” ixtisasının qida təhlükəsizliyi ixtisaslaşması üzrə (MQT 2301 qrup) magistrantların dissertasiya işlərinin müdafiəsi təşkil olunub. Müdafiədə ATMU-nun elmi işlər üzrə prorektoru professor İranə Əliyeva, tədris metodik şöbənin müdiri Bəhruz İsgəndərov, sədr olaraq b.e.n. dosent Nazilə Axundova, Mehmanxana və restoran biznesi kafedrasının müdiri p.e.n.dosent Novruz Quliyev, a.e.ü.f.d., dosent Çingiz Əliyev, b.e.n. dosent Gülnar Məmmədli, b/m Həlilə Məmmədova, k.e.n., dosent Ədilə Mahmudova, b.f.d. Aytəkin Pənahova, Pakizə Tanrıverdiyeva və Səkinə Abbasova iştirak ediblər. Buraxılış işlərinin müdafiəsində mövzuya uyğun qida məhsulları təqdim olunub.