“Abşeron Hotel Group” (AHG) şirkəti tərəfindən həyata keçirilən “Addımla!” akademiyası layihəsinin ilk məzun mərasimi baş tutub. Turizm və qonaqpərvərlik sahəsində peşəkar bacarıqların inkişafını hədəfləyən bu akademik təşəbbüs gənc mütəxəssislərin bilik və praktiki bacarıqlarını artırmağa xidmət edir.
Təntənəli məzun günü tədbirində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri də fəal iştirak edərək proqramı uğurla başa vurmuş ilk məzunlar sırasında yer alıblar. Tədbirdə AHG rəhbərliyi, layihə tərəfdaşları, ali təhsil müəssisələrinin nümayəndələri və turizm sektorunun digər iştirakçıları çıxış edərək proqramın əhəmiyyətini vurğulayıblar.
AHG-nin baş icraçı direktoru Mehmet Balçık qeyd edib ki, bu akademiya ölkənin turizm sektorunun insan resurslarının inkişafında strateji əhəmiyyət daşıyır.
Mərasimdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov universitetin bu cür praktiki yönümlü təşəbbüslərdə iştirakını yüksək qiymətləndirib.
AHG “Addımla!” akademiyası tələbələrə real iş mühiti ilə tanış olmaq, təcrübəli mütəxəssislərlə işləmək və gələcək karyeraları üçün vacib bacarıqlar qazanmaq imkanı yaradıb. Akademiya çərçivəsində təlimlər, seminarlar, mentorluq proqramları və sahəvi təcrübələr təşkil olunub.
Məzunlar arasında olan ATMU tələbələri ölkənin turizm təhsili sahəsində lider ali təhsil müəssisəsinin nümayəndələri kimi akademiyada göstərdikləri fəallıq və təşəbbüskarlıqla seçiliblər. Onların uğuru həm universitetin, həm də ölkənin turizm sahəsində gələcəyinə olan ümidləri daha da gücləndirir.
Azərbaycanca