Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm biznesi” kafedrasında “Turizm işi” ixtisası üzrə təhsil alan MTİİ2101 qrupunun magistrantı, Çin Xalq Respublikasının vətəndaşı Lu Li magistr dissertasiyalarının yekun müdafiəsində uğurla çıxış edib və yüksək nəticə ilə fərqlənib.
Lu Li-nin dissertasiya işi “Bakı metropoliteni mədəni turizm obyekti kimi” mövzusuna həsr olunub. Mövcud elmi araşdırmada o, Bakı metropoliteninin yalnız nəqliyyat vasitəsi deyil, eyni zamanda paytaxtın mədəni irsinin, şəhərsalma tarixinin və turizm potensialının bir parçası kimi təqdim olunması imkanlarını araşdırıb.
Magistr dissertasiyası ATMU-nun Müdafiə Komissiyası tərəfindən yüksək elmi səviyyədə hazırlanmış iş kimi qiymətləndirilib, Lu Li-nin peşəkar yanaşması, analitik təhlil bacarığı və təqdimat mədəniyyəti xüsusi qeyd olunub.
Universitet rəhbərliyi və akademik heyət Lu Li-ni əldə etdiyi uğura görə təbrik edir, gələcək elmi və peşəkar fəaliyyətində uğurlar arzulayır.
Azərbaycanca