ATMU TKTA-nın seminarında
25.06.2025
Keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 375
ATMU TKTA-nın seminarında

Təhsildə Keyfiyyət Təmintı Agentliyi (TKTA) tərəfindən Bakı Dövlət Universitetində (BDU) ali təhsil müəssisələri üçün “Keyfiyyətə Doğru Addım: Akkreditasiya Prosesinə Hazırlıq” adlı seminar keçirilib.

Seminar çərçivəsində keçirilən “Akkreditasiyanın keyfiyyətin artırılmasında rolu: ATM nümayəndələri və ekspertlərin iştirakı ilə müzakirə” adlı paneldə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri c.ü.f.d. Sara Bağırlı qonaq qismində çıxış edərək panel müzakirələrinə qatılıb.

Tədbirdə eyni zamanda ATMU-nun iki nümayəndəsi - Tədris-metodiki şöbənin baş mütəxəssisi Səmayə Abbasbəyli və Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi sən.ü.f.d. Firuzə Raşova iştirakçı qismində təmsil olunublar.

Seminarda ölkənin 40-a yaxın ali təhsil müəssisəsindən 84 əməkdaş iştirak edib. Tədbir çərçivəsində ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması, dayanıqlı inkişafın təmin olunması, tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi, akkreditasiya prosesində müşahidə olunan güclü və zəif tərəflər, proqram və institusional qiymətləndirmə arasında fərqlər, eləcə də özünütəhlil hesabatında rast gəlinən məqamlara dair təcrübələr müzakirə olunub.