AATP üzrə bakalavr diplom işlərinin müdafiəsi uğurla yekunlaşıb
27.06.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 436
AATP üzrə bakalavr diplom işlərinin müdafiəsi uğurla yekunlaşıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 2022-ci il bakalavr buraxılış qrupunun diplom işlərinin müdafiəsi müvəffəqiyyətlə başa çatıb.

İki gün davam edən müdafiə prosesində Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin əməkdaşları – komissiya sədri Jens Peter Ennen və təşkilati dəstəyi təmin edən Ingeborg Schober Ehn iştirak ediblər.

Müdafiə komissiyasının tərkibində proqramın yerli müəllimləri – Nailə Musayeva, Anar Muradov, İlahə Əliyeva, Günel Poladova, Orxan Musa, Gülşən Orucova və Aysel Allahverdiyeva yer alıblar.

Müdafiənin nəticələrinə əsasən, tələbələr ümumilikdə müsbət qiymətlərlə dəyərləndirilib.