AATP 2022 bakalavr qrupu uğurla məzun olub
01.07.2025
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 449
AATP 2022 bakalavr qrupu uğurla məzun olub

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti (IMC Krems TEU) tərəfi ilə birgə həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində AATP 2022 bakalavr qrupu üzrə təhsil alan tələbələr ikili diplom proqramını müvəffəqiyyətlə tamamlayaraq məzun adını qazandılar.

Azərbaycan Turizm və Menecment Universiteti və IMC Krems Tətbiqi Elmlər Universiteti tərəfindən birgə həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramının 2024/2025-ci tədris ili üzrə bakalavr təhsilini uğurla tamamlayan tələbələr aşağıdakılardır:


✅ Ağaməmmədli Etibar
✅ Əhmədova Firuzə
✅ Bədəlova Ləman
✅ Fərzəliyeva Məryəm
✅ Həmidova Ülkər
✅ Xəlilov İlham
✅ Paşabəyli Namiq Kamal
✅ Səlimova Ceyran
✅ Astarxanova Elvira
✅ Hüseynova Nigar

Beləliklə, 2007-ci ildən bəri Azərbaycan-Avstriya Turizm Proqramından ümumilikdə 302 nəfər ikili diplom proqramı üzrə məzun adını qazanıb.

2024/2025-ci tədris ili Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Məzun 2025” adlı tədbirdə IMC Krems TEU-nun nümayəndələri Jens Peter Ennen və Ingeborg Schober-Ehn də iştirak edərək məzunları təbrik edib, proqramın uğurlu nəticələrini xüsusi vurğulayıblar.

Azərbaycan-Avstriya Turizm Proqramı 2007-ci ildən etibarən fəaliyyət göstərir və ölkəmizdə tətbiq edilən ilk ikili diplom proqramı olmaqla yanaşı, turizm sahəsi üzrə yeganə ikili diplom proqramıdır. Proqram çərçivəsində tədris prosesi ATMU və IMC Krems TEU-nun professor-müəllim heyəti tərəfindən birgə planlaşdırılır və aparılır. Proqram hazırda Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənir və bu dəstək çərçivəsində tədris prosesinin təkmilləşdirilməsi, tələbələrin təcrübə imkanlarının genişləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Bu proqram turizm və qonaqpərvərlik sahəsində beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanması məqsədi daşıyır.

Proqram rəhbərliyi və professor-müəllim heyəti tələbələri səmimi qəlbdən təbrik edir, onların əldə etdikləri bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərində uğurlar qazandıracağına əmin olduqlarını bildirir. Azərbaycan-Avstriya Turizm Proqramı bundan sonra da beynəlxalq tərəfdaşlıq modelini inkişaf etdirərək yeni tələbə qruplarının hazırlanmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə davam edəcəkdir.

 

#ATMU

#IMCKrems

#AATP

#Alumni

#GraduationCeremony2025